MƏDƏNİYYƏT


“Estetik terminlər sözlüyü” kitabı işıq üzü görüb

Bakı, 18 avqust, Zərəngiz Mansurova, AZƏRTAC

“Şur” nəşriyyatında həmyerlimiz, Türkiyənin Qaziantep Universitetinin professoru Babək Qurbanovun türk dilində “Estetik terminlər sözlüyü” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitabda müəllifin uzun illərdən bəri apardığı araşdırmaların, elmi tədqiqatların nəticəsi olan sözlərin izahlı lüğəti verilib. Kitabda mədəniyyətdə, elmi mühitdə istifadə olunan terminlərin qədim yunan, fransız, ingilis, italyan, latın, rus və türk dillərində qarışıqlı mənaları açıqlanıb.

Kitab ali və orta ixtisas məktəbləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabda Azərbaycan, rus, türk, ingilis müəlliflərinin, elm və incəsənət adamlarının əsərlərinin adlarına da izahlı şərhlər yazılıb.

Müəllifin sayca 42-ci kitabı olan topluya “Ön söz”ü Qaziantep Universitetinin professoru Bekir Yolaçan yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.