DÜNYA


Estoniya Aİ-nin rəqəmsallaşma reytinqində geriləyib

Tallin, 18 noyabr, AZƏRTAC

Estoniya Avropa ölkələrinin rəqəmsallaşma reytinqində bir neçə il əvvəl endiyi yeddinci yerdə qərarlaşıb.

AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının (AK) açıqladığı Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinə (DESI) əsasən yayılıb.

Bildirilib ki, Aİ-nin rəqəmsallaşma reytinqində ilk yerdə Danimarka, Finlandiya və İsveçrə yer alıb. Siyahıda növbəti yerləri Hollandiya, İrlandiya, Malta və Estoniya tutub. Elektron texnologiyalar ilə bağlı ən pis vəziyyət isə Yunanıstan, Bolqarıstan və Rumıniyadadır.

Qeyd edilib ki, reytinq bir neçə parametr əsasında tərtib edilib ki, bunlardan biri də insanların internetə qoşulma imkanı, elektron xidmətlərdən istifadə və ya distant iş və tədris üçün müasir texniki şəraitin olmasıdır. Estoniya 5G-yə keçid baxımından Polşa ilə birlikdə cədvəlin ən sonunda qərarlaşıb.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.