DÜNYA


Estoniya Prezidenti dünyanın nüfuzlu qadınlarının siyahısına adı düşmüş ilk eston qadındır

Tallinn, 2 noyabr, AZƏRTAC

Estoniya Prezidenti Kersti Kalyulayd 2017-ci ilin yekunlarına görə “Forbes” biznes nəşrinin versiyası üzrə dünyada ən qüdrətli yüz qadının siyahısına adı daxil edilmiş ilk eston qadın olub.

Dünyada ən nüfuzlu yüz qadının siyahısında Kersti Kalyulayd 78-ci yerdədir. Amerikanın “Estonian World” portalı bu barədə “Forbes” nəşrinə istinadla məlumat verib. “Forbes” nəşrində hesab edirlər ki, Estoniya Prezidenti Avropada “rəqəmsal inqilab”ın yayılmasına kömək edir.

AZƏRTAC həmin nəşrə istinadla bildirir ki, Estoniya öz ictimai xidmətlərini, o cümlədən parlamentə və yerli hakimiyyət orqanlarına ümumi seçkiləri, təhsil və səhiyyə sistemlərini rəqəmsal formaya çevirmiş ilk ölkələrdən biri olub.

“Forbes” yazır ki, bu ölkədə hər bir vətəndaş doğulduğu andan ona rəqəmsal nömrə mənimsədilir. Bu şəxs vergilərin ödənilməsindən başlamış, seçkilərdə səsverməyə qədər bütün əməliyyatlarda həmin nömrədən istifadə edə bilər. Hazırda Estoniyada dövlət tərəfindən dəstəklənən və “estocoin” adlanan xüsusi kriptovalyuta tətbiq edilməsi təşəbbüsünə rəhbərlik edən K.Kalyulayd bu yolla Avropada rəqəmsal inqilabın yayılmasına kömək edir”.

Siyahıda birinci yeri Almaniya kansleri Angela Merkel (onun adı bu siyahıya 12-ci dəfə daxil edilib), ikinci yeri Böyük Britaniyanın baş naziri Tereza Mey, üçüncü yeri amerikalı məşhur filantrop və mesenat, “Microsoft” şirkətinin sahibi Bill Qeytsin xanımı Melinda Qeyts tutur.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.