DÜNYA


Estoniya "omikron" ştamı ilə əlaqədar məhdudiyyətlər tətbiq edib

Tallin, 1 dekabr, AZƏRTAC

Bu gündən Estoniya COVID-19 virusunun "omikron" ştamı ilə yoluxma riskinin artdığı ölkələrdən gələn hər kəs üçün testdən keçmək öhdəliyini tətbiq edib.

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, məhdudiyyətlər iki həftə ərzində qüvvədə olacaq.

Bildirilib ki, “omikron” ştamına yoluxma səviyyəsinin yüksək olduğu ölkələrin siyahısına Cənubi Afrikanın səkkiz ölkəsi daxildir: Cənubi Afrika Respublikası, Botsvana, Malavi, Lesoto, Esvatini, Namibiya, Mozambik və Zimbabve. Estoniyanın Səhiyyə Departamenti epidemioloji səbəblərə görə Misir və Türkiyəni də yüksək riskli ölkələr siyahısına əlavə edib.

Qeyd olunub ki, yüksək risk qrupu olan ölkələrdən gələn şəxslər testdən keçməli və ya özünütəcrid rejimində qalmalıdırlar.

Departamentin məlumatına əsasən son 12 ay ərzində vaksin vurdurmuş və ya son 6 ay ərzində COVID-19 virusundan sağalmış şəxslər Estoniyaya gəldikdən dərhal sonra keçdiyi “PCR” testinin nəticəsi mənfi olacağı təqdirdə özünütəcrid rejimindən azaddırlar.

Vurğulanıb ki, vaksin vurdurmamış və immunitetə sahib olmayan şəxslər testlərdən keçməklə 10 günlük təcrid müddətini azalda bilərlər. Bunun üçün Estoniyaya gəldikdən dərhal sonra “PCR” testindən keçmək və altı gündən tez olmayaraq təkrar testdən keçmək lazımdır. Hər iki testin nəticəsi mənfi olduğu halda gündəlik həyata qayıtmaq olar.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.