SİYASƏT


Estoniya mətbuatı Azərbaycanın Milli Qurtuluş Günündən yazıb

Tallin, 15 iyun, AZƏRTAC

Estoniyanda geniş oxucu auditoriyasına malik “baltija.eu” və “slavia.ee” onlayn xəbər portallarında ölkələrimiz arasındakı münasibətlərdən və Milli Qurtuluş Günündən bəhs edən məqalə yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Estoniya ilə Azərbaycan arasında son zamanlar müxtəlif növ siyasi və iqtisadi əlaqələrin sürətli inkişafından, Azərbaycanın da Estoniya kimi 90-cı illərin əvvəllərində müstəqil inkişaf yoluna qədəm qoymasından, ölkəmizin Avropa İttifaqı və bilavasitə Estoniya üçün artan rolundan, eləcə də Azərbaycanın turizm və iqtisadi imkanlarından bəhs edilib.

Məqalələrdə qeyd edilir ki, Azərbaycan Qafqazın mirvarisidir, Xəzər dənizinin sahilində yetişib və hazırda öz inkişaf tempi ilə heyrətləndirir. Müasir Azərbaycan Avropa və Asiya mədəniyyətlərinin simbiozudur.

Yazılarda bildirilir ki, Azərbaycanın qida sənayesi ekoloji cəhətdən təmiz və dadlı məhsulları beynəlxalq bazara təqdim etmək üçün yaxşı resursa malikdir. Azərbaycan çayı qədim zamanlardan öz keyfiyyəti ilə məşhurdur.

Qeyd olunur ki, bu gün Qafqaz ölkəsi kimi Azərbaycanın beynəlxalq aləmdə özünü tanıtmaq üçün böyük potensialı var. Bu da ümummilli lider Heydər Əliyevin ölkənin siyasi-ictimai rifahının təşkili istiqamətində gördüyü böyük işlər sayəsində mümkün olub.

Məqalələrdə, həmçinin vurğulanıb ki, 1993-cü il iyunun 15-də Azərbaycanın müstəqilliyi məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.