CƏMİYYƏT


Estoniya qida məhsullarının təmizliyinə görə Avropada ikinci yeri tutur

Tallinn, 17 avqust, AZƏRTAC

Avropa Qida Məhsullarının Təhlükəsizliyi Agentliyinin (EFSA) hesabatına görə, ən təmiz məhsullar, yaxud tərkibində cüzi miqdarda pestisid qalıqları olan məhsullar Finlandiyadadır. İkinci yeri Estoniya tutur.

Raportda bildirilir ki, Avropa İttifaqında istehlak edilən qida məhsullarının çoxunda pestisid qalıqları yoxdur, əgər varsa da, kimyəvi maddələr haqqında qanunun yol verdiyi səviyyədədir.

AZƏRTAC “uutiset.fi”yə istinadla xəbər verir ki, testlər 30 ölkədə aparılıb, 82 min nümunə toplanıb, 300 adda müxtəlif qida məhsulu tədqiq edilib.

Raportun məlumatına görə, Avropada ən təmiz yemək Finlandiyadadır. Bu ölkədə toplanmış nümunələrdə 10,8 faiz pestisid qalığı aşkar edilib. Finlandiya üzrə məlumat 2 min qida məhsulu, o cümlədən 600 yerli məhsul əsasında tərtib edilib.

İkinci yerdə Estoniya gəlir. Burada nümunələrin 18 faizində pestisid qalıqları aşkar edilib.

Yeyinti məhsullarında ən çox pestisid qalığı İspaniya və Belçikada götürülmüş nümunələrdə tapılıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.