DÜNYA


Estoniya saat əqrəblərinin çəkilməsindən imtina etmək niyyətindədir

Tallinn, 11 dekabr, AZƏRTAC

Baltik ölkələrinin, Polşa və Finlandiyanın iqtisadiyyat və nəqliyyat nazirləri Tallinndə keçirilən görüşdə vahid vaxta keçmək barədə razılığa gələ bilməyiblər.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının (Aİ) qərarına görə, Aİ ölkələri yay və ya qış vaxtında qalmaqla əqrəblərin çəkilməsindən imtina etmək niyyətlərini özləri müəyyənləşdirməlidirlər. Özü də tövsiyə edilib ki, qonşu dövlətlər bu məsələ ilə bağlı öz aralarında razılığa gəlsinlər. Estoniyanın vəziyyətini çətinləşdirən budur ki, onun şimal qonşusu Finlandiya orada keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə qış vaxtında qalmaq niyyətindədir. Amma cənub qonşuları Latviya və Litva yay vaxtına üstünlük verirlər.

Estoniya hökuməti daha əvvəl bəyan edib ki, saat əqrəblərinin çəkilməsindən 2021-ci ildə imtina etmək niyyətindədir.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.