DÜNYA


Estoniya uçuşlara qoyulan məhdudiyyətlərin müddətini avqust ayının sonunadək uzadıb

Tallinn, 30 iyul, AZƏRTAC

Estoniya hökuməti koronavirus infeksiyasına yoluxma riski yüksək olan ölkələrə aviareyslərin açılmasına qoyulan məhdudiyyətlərin müddətini avqust ayının sonunadək uzadıb.

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, bu addım son həftələrdə bir neçə ölkədə koronavirusa yeni yoluxma hallarının qeydə alınması ilə əlaqədardır.

Estoniyanın İqtisadi İşlər və Rabitə Nazirliyi COVID-19 virusuna yoluxma səviyyəsinə əsaslanaraq ölkələrlə bağlı icazə və qadağaları tətbiq edir. Həmin ölkələrdə virusa yoluxanların sayı son iki həftə ərzində hər 100 min nəfərə 25 yoluxma halını aşmamalıdır.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.