MƏDƏNİYYƏT
Estoniya yayım şirkəti “Eurovision-2015” mahnı müsabiqəsi üzrə milli seçimdə dəyişiklik edib
Bakı, 21 sentyabr (AZƏRTAC). Dekabrın 1-dən Estoniyada “Eurovision-2015” mahnı müsabiqəsi üzrə “Eesti Laul 2015” milli seçim turu başlayacaq.
AZƏRTAC mahnı müsabiqəsinin saytına istinadla xəbər verir ki, milli seçimin “super final”ı fevralın 21-nə nəzərdə tutulub.
Estoniyanın ERR yayım şirkəti əvvəlki illərdən fərqli olaraq, bu dəfə ölkə təmsilçisinin televiziya tamaşaçıları tərəfindən seçiləcəyini təsdiqləyib. Digər dəyişiklik isə finalda milli seçimə üç namizəd və üç mahnının təqdim edilməsi ilə bağlıdır.
Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]