DÜNYA
Estoniyada 46 kapsuldan ibarət otel açılıb
Tallinn, 3 fevral, AZƏRTAC
Baltikyanı ölkələr arasında ilk dəfə olaraq Estoniyada 46 kapsuldan ibarət otel açılıb.
AZƏRTAC xəbər verir ki, paytaxt Tallinndə yerləşən “Capsule Hostels Tallinn” adlı otelin gecələmə paketinə fərdi giriş kodu, həm binaya, həm də kapsula daxil olmaq üçün maqnit kart, yataq dəsti, dəsmal, yuyunmaq, mətbəxdən və çamaşırxanadan istifadə etmək daxildir.
Yataqdan əlavə, kapsulda Smart TV və televizor, qulaqcıqlar, yüksək sürətli internet, seyf, xüsusi havalandırma sistemi, habelə müxtəlif işıqlandırma rejimləri də mövcuddur.
Qeyd edək ki, kapsul otelləri şəbəkəsi ideyası ilk dəfə Yaponiyada yaranıb və 40 il ərzində təkmilləşdirilib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]