SİYASƏT


Estoniyada Azərbaycan bazar günü məktəbi açılmışdır

Tallinn, 8 noyabr (AZƏRTAC). Estoniyanın Yuxkentali gimnaziyasında direktor Sənəm Əliyevanın rəhbərliyi ilə bazar günü məktəbi açılmışdır.

S.Əliyeva AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, bazar günü məktəbini açmaqda məqsəd uşaqlara və maraqlananlara Azərbaycan dilinin öyrənilməsinə, zəngin Azərbaycan mədəniyyətinə yiyələnməsinə, habelə Estoniyada yaşayan azərbaycanlı uşaqların və gənclərin mənəvi tərbiyəsinə köməklik göstərilməkdir.

Məktəbin direktoru demişdir: “Bizim məqsədimiz Azərbaycan dilini, tarixini, onun ənənələrini və mədəniyyətini qoruyub saxlamaq və inkişaf etdirməkdir”.

Məktəbin şagirdləri 2 yaş qrupuna bölünmüşlər.

Nigar Hüseynova

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.