MƏDƏNİYYƏT


Estoniyada Azərbaycan musiqiçilərinin konserti keçiriləcək

Tallinn, 15 may, AZƏRTAC 

Mayın 16-da Tallinndəki Estoniya Teatr və Musiqi Akademiyasında azərbaycanlı musiqiçilərin konserti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Mədəni əlaqələrin inkişafına dəstək” İctimai Birliyinin “Estoniyada konsertlərin təşkili və Azərbaycan mədəniyyətinin təbliği” layihəsi çərçivəsində keçiriləcək konsertdə Xalq artisti, pianoçu Yeganə Axundova, skripkaçı Ümidə Abbasova, tarzən Atabəy İsmayılov, bəstəkar və pianoçu İlahə İsrafilova və pianoçu Fəqan Həsənli iştirak edəcəklər. Konsertdə Azərbaycan və Estoniya bəstəkarlarının əsərləri səsləndiriləcək.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün ilk qrant müsabiqəsini qazanıb. Məqsəd Azərbaycan musiqisini beynəlxalq aləmdə təbliğ etmək, ölkənin gənc istedadlarını tanıtmaqdır.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.