İQTİSADİYYAT
Estoniyada Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə poçt markaları buraxılıb

Tallin, 16 dekabr, AZƏRTAC
Azərbaycanın Estoniyadakı səfirliyinin təşəbbüsü ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Estoniyanın Dövlət Poçt Xidməti (Omniva) tərəfindən poçt markaları nəşr edilib.
AZƏRTAC xəbər verir ki, üzərində “Nizami Gəncəvi 880. Dahi Azərbaycan şairi və mütəfəkkiri” yazısı əks olunan poçt markaları Estoniyada rəsmi dövriyyəyə buraxılıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin