MƏDƏNİYYƏT


Estoniyada azərbaycanlı rəssamın əsərləri sərgilənib

Tallin, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Nurun “Kodulinna” sərgi evində əsərlərinin nümayişi keçirilib.

AZƏRTAC xəbər verir ki, rəssam əsərlərində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımına məruz qalmış azərbaycanlı dinc sakinlərin yaşadıqları anları nümayiş etdirib. Eyni zamanda, sərgidə Xocalı soyqırımı haqqında təbliğat materialları qonaqlara təqdim edilib. Sərgidə iştirak edən qonaqlar Xocalı soyqırımının heç vaxt bir daha təkrarlanmayacağına ümid etdiklərini ifadə ediblər.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.