DÜNYA


Estoniyada azərbaycanlı sədrin rəhbərlik etdiyi partiyada daxili seçkilər keçiriləcək

Tallinn, 22 aprel, AZƏRTAC 

Tezliklə Estoniyanın “Yaşıllar” partiyasına yeni rəhbər seçiləcək.

AZƏRTAC xəbər verir ki, sözügedən partiyaya hazırda Azərbaycan əsilli Züleyxa İsmayılova rəhbərlik edir. Yeni namizədlər siyahısında Estoniyanın keçmiş birinci xanımı Evelin İlves də var. Xanım İlves bu barədə yerli televiziyalardan birinə müsahibəsində bildirib.

Xatırladaq ki, 2019-cu ilin martında Estoniya parlamentinə keçirilən son seçkilərdə “Yaşıllar” mandat qazana bilməyib.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.