DÜNYA


Estoniyada əhalinin vaksinasiyası maya kimi yekunlaşacaq

Tallinn, 19 fevral, AZƏRTAC

Estoniyada həkimlərin və qayğı evlərində yaşayan insanların vaksinasiyası yekunlaşır. Müəllimlər, polis işçiləri və xilasedicilərin vaksinasiyasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bunu Estoniya Tibbi Sığorta Fondunun birinci dərəcəli xidmətlər şöbəsinin rəhbəri Külli Fridemann mətbuat konfransında deyib. O bildirib ki, növbəti mərhələdə qabaqcıl işçilər və risk qrupuna daxil olan insanlar peyvənd olunacaq. May ayına qədər bütün əhalinin vaksinasiyası həyata keçirilməlidir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.