DÜNYA


Estoniyada əhalinin vaksinləşməsi ilin sonuna kimi 70 faizə çata bilər

Tallin, 26 oktyabr, AZƏRTAC

Estoniya əhalisinin vaksinasiya göstəricisi ilin sonuna kimi 70 faizə çata bilər.

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Estoniyanın səhiyyə və əmək naziri Tanel Kiyk mətbuat konfransında söyləyib.

Nazir jurnalistin hökumətin qarşısına hansı məqsədlər qoyduğu sualına “hədəfin indi həftə ərzində 10 min doza üzrə vaksinasiyadan keçmək olduğunu” bildirib. O, ilk doza üzrə həftəlik vaksinasiya sayının yenidən artmağa başlamasının vacibliyini qeyd edib.

T.Kiyk ikinci hədəf kimi ölkəsinin vaksinasiya üzrə Avropa İttifaqında (Aİ) qeydə alınan orta göstəriciyə çatmasını vurğulayıb.

“Əgər Estoniya ilin sonuna qədər vaksinasiya üzrə 70 faiz səviyyəsinə çatsa, razı qalaram. Hələlik Aİ-dən orta hesabla 10 faiz bəndi geri qalırıq”, – deyə nazir Tanel Kiyk əlavə edib.


Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.