DÜNYA


Estoniyada indiyədək 2265 nəfər koronavirusa yoluxub

Tallinn, 23 avqust, AZƏRTAC

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 21 nəfər artaraq 2265-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 140 min 206 nəfər müayinə olunub.

Son sutka ərzində COVID-19 virusuna görə 1152 nəfərdən analiz götürülüb.

Yeni növ koronavirusdan 63 ölüm faktı qeydə alınıb. Sağalanların sayı 2024 nəfərdir. Yoluxma hallarının artacağı istisna olunmur.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.