DÜNYA
Estoniyada işçi qüvvəsinə ödənilən saathesabı əməkhaqqı Aİ üzrə göstəricilərdən geri qalır

Tallin, 5 aprel, AZƏRTAC
Ötən il Estoniyada işçi qüvvəsinə ödənilən saathesabı əməkhaqqı bir saata görə orta hesabla 13,6 avro təşkil etdiyi halda, Avropa İttifaqında (Aİ) bu göstərici 28,5 avro, avrozonada isə 32,2 avro olub.
AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, ölkədə bir il əvvəl aqro sektor və ictimai xidmət xaricində işçi qüvvəsinə ödənilə saathesabı əməkhaqqı bir saata görə 13,4 avro, Aİ-də 27,7 avro, avrozonada isə 31,4 avro təşkil edib.
“Eurostat”a görə, 2020-ci ildə ən aşağı saathesabı əməkhaqqı Bolqarıstanda (orta hesabla 6,5 avro) qeydə alınıb, Rumıniyada (8,1 avro) və Macarıstanda (9,9 avro) isə bir qədər yüksək olub. Aİ-də ən yüksək saathesabı əməkhaqqı Danimarkada qeydə alınıb (45,8 avro). Lüksemburqda bu göstərici 42,1 avro, Belçikada isə 41,1 avro olub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 23.09.2023 [15:29]
Fransa İtaliya üzərindən mühacir axınının qarşısını almağa çalışır
- 23.09.2023 [14:57]
Dubayda dünyanın ilk üzən məscidi tikiləcək
- 23.09.2023 [14:03]
Qazaxıstan Türkiyə ilə gömrük nəzarəti prosedurunu sadələşdirir
- 23.09.2023 [13:49]
Fransada etiraz nümayişləri yenidən alovlanır
- 23.09.2023 [13:10]
Avropada dizel yanacağı bahalaşıb
- 23.09.2023 [11:53]
Co Bayden avtomobil sənayesi işçilərinin piketinə qoşulacaq
- 23.09.2023 [10:39]