DÜNYA


Estoniyada koalisiya hökumətinin qurulması cəhdi uğursuz olub

Tallin, 8 mart, AZƏRTAC 

Estoniyanın Mərkəzçi Partiyası parlament seçkilərində qalib gəlmiş İslahatlar partiyası ilə koalisiya hökuməti qurmaqdan imtina edib.

AZƏRTAC xəbər verir ki, İslahatlar Partiyası koalisiya hökuməti qurmaq üçün Mərkəzçi Partiyaya müraciət etmişdi. Lakin bu partiyanın idarə heyətinin iclasında təklifə rədd cavabı verilib.

Mərkəzçi Partiyanın sədri Yuri Ratas təklifə rədd cavabının verilməsinin əsas səbəbi kimi vergi siyasəti ilə bağlı mövqelərinin fərqli olmasını göstərib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.