DÜNYA


Estoniyada koronavirusa yoluxanların sayı 1800 nəfərə çatıb

Tallinn, 22 may, AZƏRTAC

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 1800 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 73 min 731 nəfər müayinə olunub. Son sutka ərzində COVID-19 virusuna görə 1280 nəfərdən analiz götürülüb.

Ölkədə COVID-19-dan 64 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 963 nəfərdir. Virusa yoluxma hallarının artacağı istisna olunmur.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.