DÜNYA
Estoniyada koronavirusa yoluxanların sayı 6 min 250 nəfərə çatıb
Tallin, 9 noyabr, AZƏRTAC
Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 6250 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 280 min 693 nəfər müayinə olunub.
Departamentin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 2181 nəfərdən götürülən testlərin 125-nin nəticəsi müsbət çıxıb.
Ölkədə COVID-19-dan 76 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə rəsmi rəqəmlərə əsasən 4205 nəfər təşkil edir.
Estoniyada koronavirusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, Estoniyada koronavirusla mübarizə öncədən müsbət nəticələr göstərsə də, son ayda yoluxanların sayı bir qədər yüksək templə artmağa başlayıb. Hökumət vətəndaşları məsuliyyətli olaraq sanitar normalara riayət etməyə çağırır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin