DÜNYA


Estoniyada koronavirusa yoluxanların sayı artıb

Tallin, 14 fevral, AZƏRTAC

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 667 nəfər artaraq 52 min 416-ya çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 842 min 494 nəfər müayinə olunub.

Departamentin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 4910 nəfərdən 667-nin testinin nəticəsi müsbət çıxıb.

Ölkədə ümumilikdə COVID-19-dan 495 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə rəsmi rəqəmlərə əsasən, 41 min 327 nəfər təşkil edir.

Ölkədə koronavirusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.