DÜNYA


Estoniyada koronavirusa yoluxanların sayı artır

Tallinn, 7 aprel, AZƏRTAC

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 11 nəfər artaraq 1108-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 21 min 866 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 864 nəfərdən 11-nin analiz nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günədək koronavirusdan 19 ölüm faktı qeydə alınıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.