DÜNYA


Estoniyada polis köməkçilərinin səlahiyyətləri artırılır

Tallinn, 5 dekabr, AZƏRTAC 

Estoniya parlamentində polis köməkçilərinin səlahiyyətlərini müəyyənləşdirən qanuna dəyişikliklər müzakirə olunaraq qəbul edilib.

AZƏRTAC xəbər verir ki, Estoniya parlamentinin hüquq komitəsinin rəhbəri Yaanus Karilayd bu mövzuda çıxış edib. Bildirib ki, hazırda ölkədə polis köməkçilərinin sayı min nəfərdən artıqdır. Onlar ölkədə asayişin qorunmasında əhəmiyyətli rol oynayırlar. Artıq 2010-cu ildə qəbul edilmiş qanunu dəyişməyə və polis köməkçilərinin səlahiyyətlərini artırmağa ehtiyac var.

Qanundakı dəyişiklər 2019-cu ilin avqustunda qüvvəyə minəcək. Bundan sonra polis köməkçilərinə elektroşokerdən istifadə, şübhə və əsas olduqda avtomobili saxlayıb vətəndaşı yoxlamaq, xüsusi cihazdan istifadə etməklə alkoqol və ya narkotik maddə qəbulu faktını müəyyənləşdirmək hüququ veriləcək.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.