DÜNYA


Estoniyada son sutkada koronavirusa 881 nəfər yoluxub

Tallin, 18 fevral, AZƏRTAC

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 881 nəfər artaraq 54 min 300-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 864 min 395 nəfər müayinə olunub.

Departamentin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 6 min 350 nəfərdən götürülən testlərdən 881-nin nəticəsi müsbət çıxıb.

Ölkədə ümumilikdə COVID-19-dan 510 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə rəsmi rəqəmlərə əsasən 43 min 54 nəfər təşkil edir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.