DÜNYA


Estoniyada xidmət edən amerikalı əsgərdə koronavirus aşkar olunub

Tallinn, 8 sentyabr, AZƏRTAC

Estoniyanın Tapa şəhərində xidmət edən amerikalı əsgərdə koronavirus aşkar olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Estoniyanın Müdafiə Qüvvələri təşkilatı yayıb.

Bildirilib ki, koronavirusla bağlı götürülən analizin nəticəsi müsbət çıxmış əsgər Tapada hərbi düşərgədə karantinə alınıb. Bununla yanaşı, qabaqlayıcı tədbirlər kimi koronavirus aşkarlanan əsgərlə sıx təmasda olmuş Estoniya, Böyük Britaniya və Amerika ordusunda xidmət edən 21 əsgər də təcrid olunub.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.