DÜNYA


Estoniyada yeni koronavirus məhdudiyyətləri qüvvəyə minib

Tallin, 26 oktyabr, AZƏRTAC

Estoniyada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə hökumətin qəbul etdiyi yeni məhdudlaşdırıcı tədbirlər qüvvəyə minib.

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, Estoniyada məhdudiyyətlər minimum yanvarın 10-dək qüvvədə olacaq.

Bildirilib ki, ötən gündən etibarən yalnız vaksinasiya kursundan keçmiş və ya COVID-19 immunitetinə sahib yetkin şəxslər müəssisə, idarə və tədbirlərə, idman klublarına, iaşə obyektlərinə, teatrlara, kinoteatrlara, spa və digər istirahət məkanlarına COVID-19 arayışı yoxlanılmaqla gedə bilirlər.

Qeyd edilib ki, maskadan istifadə tələbi də sərtləşdirilib və bu tələbə daha ciddi nəzarət olunur. Maskasız ticarət mərkəzlərinə, dükanlara və ya xidmət sahələrinə daxil olmaq qadağandır. 


Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.