İDMAN


Estoniyalı idmançı: Azərbaycanda gimnastika yarışları yüksək səviyyədə təşkil olunub

Bakı, 17 may, AZƏRTAC

Əvvəllər də Bakıda keçirilən bədii gimnastika üzrə beynəlxalq yarışlarda iştirak etmişəm. Azərbaycanda beynəlxalq yarışlar yüksək səviyyədə təşkil olunur. Qitənin ən güclü gimnastları Bakıda medallar uğrunda gərgin mübarizə aparırlar. Milli Gimnastika Arenasında idmançılar üçün hər cür şərait yaradılıb.

Bu sözləri Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının estoniyalı iştirakçısı Viktoriya Boqdanova AZƏRTAC-a müsahibəsində deyib.

Gimnast çıxışından razı qaldığını, növbəti mərhələdə daha yüksək nəticə qazanmaq üçün əzmlə mübarizə aparacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.