DÜNYA
Estoniyanın Lyaenemaa əyalətində yanğın baş verib
Tallin, 20 aprel, AZƏRTAC
Estoniyanın Lyaenemaa əyalətinin Tuuru kəndində sahilyanı zonanın beş hektar sahəsində yanğın baş verib.
AZƏRTAC Estoniyanın Xilasetmə Departamentindən verilən məlumata əsasən xəbər verir ki, yanğının söndürülməsinə xeyli sayda xilasedici ilə yanaşı helikopter də cəlb edilib.
Bildirilib ki, yanğının baş vermə səbəbi hələlik məlum deyil. Yanğının quru otun alışmasından sonra meydana çıxdığı ehtimal edilir. Departamentin məlumatına əsasən yanğın insanlar üçün heç bir təhlükə yaratmasa da, üç ev yanğın baş verən təhlükəli zonadadır.
Qeyd edilib ki, bununla yanaşı, daha bir bədbəxt hadisə baş verib. Belə ki, alovu söndürməyə tələsən yanğınsöndürən maşınlardan biri ağır qəzaya düşüb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]