DÜNYA


Estoniyanın Mərkəzçi partiyası hakimiyyətdə qalmağa cəhd edir

Tallinn, 12 mart, AZƏRTAC 

Estoniyanın hazırkı hakim partiyası olan mərkəzçilər son parlament seçkilərində islahatçılara məğlub olsalar da, səs faizinə görə ikinci yerdədirlər. İslahatçıların koalisiya təklifini rədd edən mərkəzçilər parlamentdə üstünlük əldə etmək üçün milliyyətçi mühafizəkarlar ilə danışıqlara hazırlaşır.

AZƏRTAC xəbər verir ki, hazırkı Baş nazir Yuri Ratasın rəhbərlik etdiyi mərkəzçilər koalisiya təklifi ilə “İsamaa” (Vətən) və milliyyətçi-mühafizəkarlar ilə görüşəcək. Seçkilərin qalibi olan islahatçılar da danışıqları davam etdirir. Onlar da “İsamaa”ya və sosial-demokratlara öz təkliflərini verəcəklər.

Xatırladaq ki, parlament seçkilərində ən çox səs qazanmış İslahatçılar partiyası koalisiya hökuməti qurmaq üçün Mərkəzçi partiyaya müraciət etmişdi. Lakin partiya idarə heyətinin iclasını keçirərək bu təklifdən imtina etmişdi. Səbəb kimi vergi siyasətinə baxışların çox fərqli olduğu göstərilmişdi.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.