MƏDƏNİYYƏT


Estoniyanın Pyarnu şəhəri Avropanın mədəniyyət paytaxtı adı uğrunda mübarizə aparacaq

Tallinn, 7 sentyabr, AZƏRTAC

Estoniyanın Pyarnu şəhəri Tartu və Vilyandi şəhərləri ilə birgə 2024-cü ildə Avropanın mədəniyyət paytaxtı adını qazanmaq uğrunda mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, Pyarnu şəhər soveti seçkilərdə iştirak barədə artıq qərar qəbul edib. Şəhər merinin müavini Marko Sorin deyib: “Hər üç şəhər maraqlı, yaradıcı və ekoloji təmiz yaşayış mühitinə malikdir, yerli mədəniyyətə dəyər verir və onu müxtəlifləşdirməyə çalışır. Biz bir-birimizi dəstəkləyərək, bir-birimizin güclü tərəflərindən istifadə edərək daha çox təkliflər verə və əlaqələr qura bilərik”.

Qeyd edək ki, Tallinn 2011-ci ildə Avropanın mədəniyyət paytaxtı seçilib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.