DÜNYA
Estoniyanın əmək bazarı dünya reytinqində ilk onluqdadır
Tallinn, 5 iyun, AZƏRTAC
“Manpower Group” beynəlxalq təşkilatı dünya ölkələrində əmək bazarının vəziyyəti ilə bağlı reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, açıqlanan reytinq siyahısında 75 ölkənin göstəriciləri əks olunub. Estoniya siyahıda səkkizinci pillədə yer alıb. Avropa ölkələri arasında yalnız Böyük Britaniya və İrlandiyadan geri qalan Estoniya əmək bazarının keyfiyyət göstəricilərinə görə qonşularından əhəmiyyətli dərəcədə irəlidədir. Belə ki, reytinqdə Litva 47-ci, Finlandiya 41-ci, Latviya isə 14-cü pillədədirlər.
Reytinq siyahısının ilk üçlüyündə Honkonq, Yeni Zelandiya və Sinqapur qərarlaşıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]