DÜNYA


Estoniyanın yeni Prezidenti ilk rəsmi xarici səfərini Latviyaya edəcək

Riqa, 11 oktyabr, AZƏRTAC

Estoniyanın yeni Prezidenti Alar Karis ilk rəsmi xarici səfərini Latviyaya edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Latviyanın Prezident Aparatı yayıb.

Bildirilib ki, Estoniyanın dövlət başçısı Alar Karis Latviya Prezidenti Eqils Levits ilə oktyabrın 14-də “Riqa” sarayında görüşəcək.

Qeyd edilib ki, tərəflər ölkələri üçün aktual olan ikitərəfli əməkdaşlıq, regional inkişaf məsələlərini, habelə Avropa İttifaqı və NATO-nun gündəmində duran məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, Alar Karis prezidentlik kürsüsündə olan xanım Kersti Kalyulaydı bu gün əvəz edəcək.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.