DÜNYA


Estoniyaya gələn turistlərin sayı iki dəfəyədək azalıb

Tallinn, 24 sentyabr, AZƏRTAC

Estoniyada ötən ilin yay mövsümü ilə müqayisədə bu il iki dəfə az xarici ölkə vətəndaşlarına xidmət göstərilib. Həmçinin bu ilin yay mövsümü ərzində xaricə yollanan Estoniya sakinlərinin sayı ötən illə müqayisədə 34 faiz az olub.

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, bu barədə Estoniyanın kommunikasiya xidmətləri üzrə aparıcı provayderi “Elisa” məlumat yayıb.

Məlumata əsasən, digər ölkələrdə virusa yoluxma hallarının artması səbəbilə daxili turizmə tələbat artıb.

Bundan başqa “Elisa”nın apardığı təhlil göstərib ki, ölkəyə daha çox Litva, Latviya və az da olsa Finlandiyadan turistlər səfər ediblər.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.