CƏMİYYƏT
Etibar Mirzəyev: "Sobsan” boya fabrikində baş vermiş yanğının qarşısının alınmasına 300-ə qədər canlı qüvvə və 50-dən artıq texnika cəlb olunub
Bakı, 5 iyul, AZƏRTAC
Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının qarşısının alınmasına 300-ə qədər canlı qüvvə və 50-dən artıq texnika cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib.
E.Mirzəyev qeyd edib ki, yanğın məhdudlaşdırılıb, yayılma təhlükəsi yoxdur: “Hadisə zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan 5-i Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, biri mülki şəxsdir. Onlardan bəzilərinə ambulator yardım göstərilib və həmin əməkdaşlar öz iş yerlərinə qayıdıblar. İlkin məlumata görə, yanğın 2500-3000 kvadratmetr ərazini əhatə edib. Yanğın ərazisində boya, aseton və digər tez alışan maddələr olub. Yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub”.