MƏDƏNİYYƏT


“Etihad Airways” turistlərə Əbu-Dabidə iki pulsuz gecə hədiyyə edir

Bakı, 10 aprel, Emil Eyyubov, AZƏRTAC

“Etihad Airways” şirkəti bu gün başlanan qlobal promosyon aksiyanın bir hissəsi kimi Əbu-Dabi üzərindən uçan turistlərə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) pulsuz səyahət təklif edir.

AZƏRTAC xəbər verir ki, aviaşirkət Əbu-Dabi üzərindən bir istiqamətdən digərinə uçan turistlərə şəhərin mehmanxanalarına iki gecə pulsuz qalmaq imkanı verir. Qonaqlar siyahıda olan və bütün şəhər boyu yerləşən otellərdən on beşini, o cümlədən beşulduzlu “Intercontinental Abu Dhabi” və “Dusit Thani Abu Dhabi”dən tutmuş “Courtyard by Marriott WTC”, “Crowne Plaza” və “Radisson Blu”yadək mehmanxanaları seçə bilərlər.

Səyahətçilər Əbu-Dabidə pulsuz qalmaq üçün Etihad.com internet saytında onlayn rejimdə, yaxud turizm agentliyi vasitəsilə aprelin 10-dan iyunun 15-dək qeydiyyatdan keçə bilərlər.

“Etihad Aviation Group” aviaşirkətinin kommersiya direktoru Robin Komark bildirib ki, Əbu-Dabiyə gələnlərin sayı ildən-ilə artır və bu qeyri-adi promosyon aksiyası qonaqları bizim gözəl şəhərimizlə tanış etməyə imkan verir. Onun sözlərinə görə, turistləri ənənəvi ərəb qonaqpərvərliyi ilə qarşılayacaq, onları müasir və inkişaf etmiş infrastrukturla, multikultural cəmiyyətlə, unikal arxitekturaya malik çoxsaylı binalarla tanış edəcəklər.

Əbu-Dabi hərəkətli və zəngin siması olan şəhərdir. Burada qonaqlara əsas mədəniyyət məkanları, gözəl memarlıq nümunələri, beynəlxalq səviyyəli tematik parklar, həmçinin əsrarəngiz çimərliklər və səhra mənzərələri göstərilir. Şəhər həm təkbaşına, həm də qrup halında səyahət edənləri, habelə öz uşaqlarına unudulmaz xatirələr bəxş etmək istəyən ailələri cəlb edir. Bu, Əbu-Dabini istənilən səyahətlər üçün əlverişli istiqamətə çevirir.

Əbu-Dabinin qonaqlarının ziyarət edəcəkləri mədəniyyət və memarlıq şedevrləri arasında Böyük Şeyx Zayed məscidi, Əbu-Dabinin Luvru və bu yaxınlarda açılmış Qəsr Əl-Vətən Prezident sarayı var.

Təbiət vurğunu olan turistlər isə ərəb səhrasının qumlu aşırımları ilə tanış ola, yaxud Əbu-Dabi adasını əhatə edən təmiz və gözəl çimərliklərdə vaxt keçirə bilərlər.

Macəra həvəskarları tematik parklarda, o cümlədən “Ferrari World”, “Yas Waterworld” və “Warner Bros World” attraksionlarında öz adrenalin səviyyəsini qaldırmaq imkanına malik olacaqlar.

Heç bir turist səhrada unudulmaz safari, çoxsaylı birinci sinif qolf meydançaları, habelə yerli və dünya mətbəxi nümunələrinin təklif olunduğu restoranlara biganə qala bilməz.

Əbu-Dabidə qalmağın üstünlüyü təkcə təyinat yerinə gedən marşrutda ikigünlük əlavə istirahət deyil, həm də cetlaqla – zaman qurşağı fərqi ilə mübarizə aparmaqdır. Uzun magistral reyslərin sərnişinləri üçün Əbu-Dabidə veriləcək fasilə yeni zaman qursağına uyğunlaşmaq və gedəcəyi məkana gümrah çatmaq imkanı verir.

İnternetdə səyahətini rezervasiya edən “Etihad Airways” aviaşirkətinin qonaqları “Multi Flights” bölməsini seçdikdən sonra uçuşun rezervasiyası başa çatanadək dayanacağın rezervasiyası üzrə yönləndiriləcəklər. Promosyon aksiyasında iştirak edən tərəfdaşların arasından sizə daha çox uyğun olan oteli seçə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.