DÜNYA
Etna vulkanı yaxınlığında yenidən zəlzələ baş verib
Roma, 3 yanvar, AZƏRTAC
Milad bayramı ərəfəsində Etna vulkanı yaxınlığında 28 nəfərin xəstəxanaya yerləşdirilməsi və 600 nəfərin evsiz qalması ilə nəticələnən 4,8 bal gücündə zəlzələdən sonra dekabrın 2-dən 3-ə keçən gecə iki dəfə 2,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, birinci təkan Zafferana-Etnea bölgəsindən 8 kilometr şərqdə, ikinci təkan isə Raqalna kommunasından 8 kilometr şimalda baş verib.
Yeraltı təkanlar səbəbindən Kataniya şəhərində hava limanının fəaliyyəti dayandırılıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]