DÜNYA


Etna vulkanı yenidən fəallaşıb

Roma, 22 may, AZƏRTAC

İtaliyanın cənubunda aktiv vulkanlardan olan Etna yenidən oyanıb.

AZƏRTAC xəbər verir ki, Siciliya adasındakı vulkanda aktivlik müşahidə olunub və ardıcıl püskürmələr qeydə alınıb. Lava axınları və yaranan duman geniş əraziyə yayılıb.

Hündürlüyü 3330 metr olan Etna Avropanın ən hündür və ən aktiv vulkanıdır. Etnada ildə bir neçə dəfə aktivlik müşahidə olunur. Sonuncu dəfə vulkanda böyük püskürmə 1992-ci ildə baş verib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.