Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Ettihad” qəzetində “Azərbaycanın Müstəqillik Günü qeyd olunur” sərlövhəli məqalə dərc edilib

“Ettihad” qəzetində “Azərbaycanın Müstəqillik Günü qeyd olunur” sərlövhəli məqalə dərc edilib

Əbu-Dabi, 18 oktyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin ərəb dilli “Ettihad” dövlət qəzetində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun “18 oktyabr tarixində Azərbaycan Müstəqillik Gününü qeyd edir” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, D.Şikarov ötən əsrin əvvəlində - 1918-ci il mayın 28-də Azərbaycanın İslam dünyasında və Şərqdə ilk dünyəvi demokratik dövlət qurduğunu, lakin həmin dövlətin yalnız 23 ay yaşadığını, xarici qüvvələrin müdaxiləsi səbəbindən süquta yetdiyini bildirib. Bir sıra dünya dövlətləri Azərbaycan Xalq Cümhuriyyətini tanıyıb, Azərbaycan dövlətinin rəsmi simvolları və Azərbaycan vətəndaşlığı haqqında əsasnamə qəbul edilib, kişi və qadınların bərabər hüquqlara malik olmaları tanınıb. Müvafiq qanunvericilik aktları ilə Azərbaycan Silahlı Qüvvələri, Xəzər donanması yaradılıb, Bakı Universiteti təsis edilib, yüzlərlə gəncə Avropanın aparıcı universitetlərində təhsil almaq üçün təqaüdlər ayrılıb. Eyni zamanda, icra, qanunvericilik və məhkəmə hakimiyyətlərinin tam müstəqilliyi təmin olunub.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinə aparan yollardan bəhs edən müəllif vurğulayıb ki, SSRİ-nin dağılması ərəfəsində Azərbaycan müstəqilliyini bərpa etmək üçün yenidən imkan əldə edib, 1991-ci ildə Azərbaycan xalqının müstəqillik əldə etmək üçün apardığı mübarizəsi öz məntiqi nöqtəsinə çatıb. Müstəqillik eşqi ilə yaşayan Azərbaycan xalqı ardı kəsilməyən nümayişlərdə iştirak edib, 1990-cı il 20 Yanvar qırğını ilə üz-üzə gəlib. Hətta sovet tankları müstəqilliyə aparan yolun qarşısını ala bilməyib. Yüzlərlə vətənpərvər oğul-qızını qurban verən Azərbaycan yeni həyata qədəm qoyub.

Məqalədə qeyd olunur ki, Azərbaycan Parlamenti 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpa olunması haqqında konstitusiya aktını qəbul edib. Sözügedən sənədə əsasən Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunub. Akta əsasən dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarına bərabər hüquqlar zəmanəti verilib. Vurğulanıb ki, 1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında konstitusiya aktının dəstəyi barədə ümummilli referendumda xalqın 95 faizi iştirak edib və ölkənin müstəqilliyini yekdilliklə dəstəkləyib. Bundan sonra dünya ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, müstəqilliyini elan etmiş Azərbaycan Respublikasını rəsmən tanıyıb, nəhayət 1992-ci il mayın 2-də Azərbaycan BMT-nin tam hüquqlu üzvü olub. Ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının yüksək templərlə inkişaf etdiyini vurğulayan səfir Daşqın Şikarov qeyd edib ki, təbii sərvətlərlə zəngin olan Azərbaycan enerji resurslarını Avropaya ixrac edir və bu regionun enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Ölkə rəhbərliyinin apardığı düşünülmüş siyasət nəticəsində Azərbaycan Cənub və Şimalı, Şərq və Qərbi birləşdirən nəqliyyat qovşağına çevrilib. Müəllif bildirib ki, Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda nüfuz sahibi, regionda əsas sərmayəçi ölkədir. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı strategiyası çərçivəsində apardığı islahatlar sayəsində Azərbaycanın sənaye, infrastruktur, kənd təsərrüfatı, idman və turizmin sahələri dinamik inkişaf etdiyi məqalədə vurğulanıb.

Məqalədə Azərbaycanın xarici siyasəti haqqında məlumatlar verilib, ölkənin öz xarici siyasətini ölkə maraqları üzərində qurduğu, Avropa və Asiyanın siyasi sərhədində yerləşərək, hər iki qitənin siyasi strukturlarına inteqrasiya olduğu qeyd edilib, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi xüsusi vurğulanıb.

Yazıda yaxın dostluq münasibətində olan Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin ikitərəfli və çoxtərəfli formatda geniş əməkdaşlıq etdiyi bildirilib, siyasət, diplomatiya, iqtisadiyyat, ticarət, maliyyə, mədəniyyət, ədliyyə və digər sahələrdə imzalanmış sənədlərin ölkələrimiz arasında hüquq-müqavilə bazasını təşkil etdiyi qeyd olunub.

Azərbaycan Respublikası və BƏƏ liderlərinin, həmçinin yüksək səviyyəli dövlət rəsmiləri arasında səfər mübadiləsinin ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini xüsusi qeyd edən müəllif bu təmasların siyasi dialoqu təmin etdiyini və ikitərəfli əməkdaşlığın təşviqinə xidmət göstərdiyini bildirib. Müəllif ölkələrimiz arasında ticarət dövriyyəsinin ildən ilə artığını vurğulayıb. İki ölkənin aparıcı hava daşıyıcıları olan Azərbaycan Hava Yolları, həmçinin BƏƏ-nin “Ettihad”, “Flydubay” və “Air Arabia” hava yolları tərəfindən ölkələrimiz müxtəlif şəhərləri arasında birbaşa hava körpüsü yaratdığını vurğulayıb. Bildirib ki, Azərbaycan və BƏƏ şirkətləri, iş adamlarının müxtəlif beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakı da turizm və ticarət əlaqələrinin güclənməsinə xidmət edir.

Məqalənin tam mətni ilə aşağıdakı keçiddən (5-ci səhifə) tanış olmaq olar.

http://alittihad.newspaperdirect.com/epaper/viewer.aspx

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?