İQTİSADİYYAT
“Euractive”: Avropa Komissiyası Xəzər qazının Aİ ölkələrinə gəlməsini alqışlayır
Bakı, 15 dekabr, AZƏRTAC
“Euractive” xəbər portalında “Komissiya Xəzər qazının Aİ ölkələrinə gəlməsini alqışlayır” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Avropa Komissiyasının Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik boru kəmərinin (TAP) istismarına başlanılmasını alqışladığı bildirilir.
Avropa Komissiyasının sözçüsü Tim Makfi bildirib ki, Avropa İttifaqının rəhbərliyi Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən və Xəzər dənizində hasil edilən təbii qazı Avropa istehlakçısına çatdıran TAP kəmərinin fəaliyyətə başlamasını alqışlayır. Onun sözlərinə görə, bu layihə seçimi və rəqabəti artıracaq, enerji təhlükəsizliyini inkişaf etdirəcək və xüsusilə də İtaliya, Yunanıstan və Bolqarıstan, həmçinin Avropanın Cənub-Şərq regionunda qaz tədarükünü şaxələndirəcək: “TAP – Avropa İttifaqının ümumi maraqlarını təmin edən layihədir və Cənub Qaz Dəhlizin vacib hissəsidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]