SİYASƏT


“Eurasia Review” portalında BMT Baş Assambleyasının xüsusi sessiyası ilə bağlı məqalə dərc olunub

Bakı, 3 iyul, AZƏRTAC

“Eurasia Review” portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin “BMT Baş Assambleyasının tezliklə keçiriləcək xüsusi sessiyası” adlı məqaləsi dərc olunub.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, məqalə dünyanın üzləşdiyi COVID-19 böhranı fonunda Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə həsr olunub.

Müəllif yazıda COVID-19 pandemiyasının dünyada bir sıra fikir müxtəlifliklərini ortaya çıxardığını yazaraq qeyd edir ki, BMT məhz İkinci Dünya müharibəsi zamanı bu fərqlilikləri aradan qaldırmaq üçün yaradılmışdı. Zamanla müəyyən münaqişələrin öhdəsindən gələ bilməsə də BMT soyuq müharibə zamanı öz effektivliyini ortaya qoydu. Müəllif qeyd edir ki, hazırda İkinci Dünya müharibəsindən sonra ən böyük böhran olan COVID-19-la mübarizə məqsədilə beynəlxalq ictimaiyyət hələ də adekvat cavab verməyib. Həmçinin regional təşkilatlar səviyyəsində bir sıra cəhdlər edilib. Müəllif bu kontekstdə Azərbaycanın sədrlik etdiyi Türk Şurası və Qoşulmama Hərəkatının aprel və may aylarında keçirilmiş virtual sammitlərini xatırladır. Fərid Şəfiyev qeyd edir ki, məhz Qoşulma Hərəkatı sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev payızda BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürüb: “Tarixdə bir çox beynəlxalq layihələr hər hansı ölkə və ya fəallar tərəfindən irəli sürülür. Məsələn Millətlər Liqasının yaradılması ideyası ABŞ Prezidenti Vudro Vilson tərəfindən irəli sürülmüşdü. 20-ci əsrin əvvəllərində tərksilah haqqında Haaqa Konvensiyasının təşəbbüskarları Rusiya çarı II Nikolay və Xarici İşlər naziri Mixayıl Muravyov olub. Ümid edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü gələcəkdə də inkişaf etdiriləcək və beynəlxalq ictimaiyyət İkinci Dünya müharibəsindən bu yana üzləşdiyimiz ən böyük böhranın öhdəsindən gəlmək üçün ümumi yanaşma nümayiş etdirməyə nail olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.