Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Euroasiareview” portalı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlı barədə yazıb

“Euroasiareview” portalı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlı barədə yazıb

Bakı, 5 dekabr, AZƏRTAC

“Eurasiareview.com” portalında Londonda yerləşən “Henri Cekson Cəmiyyəti” beyin mərkəzinin elmi tədqiqatçısı Taras Kuzionun “İtkin düşən 4000 azərbaycanlı: açıq yara hələ də sağalmayıb” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində son 30 ildə Azərbaycan tərəfinin verdiyi itkilər, taleyi hələ də qaranlıq qalan 4 min itkin düşmüş şəxs və Qərb düşüncəsində münaqişəyə baxışla bağlı fikirlər əksini tapıb.

Müəllif qeyd edir ki, Azərbaycan Ermənistan tərəfindən təxminən 30 il işğal altında saxlanılan torpaqlarını azad etdikdən sonra tədqiqatçılar Birinci Qarabağ müharibəsində (1988-1994-cü illər) itkin düşmüş dörd min azərbaycanlı barədə məlumat toplayırlar. Bildirilir ki, itkin düşənlərin 719 nəfəri mülki şəxsdir (326 qoca, 267 qadın və 71 uşaq).

T. Kuzio tanınmış amerikalı jurnalisti Tomas Qoltsun hələ 1994-cü ildə topladığı məlumatlara istinadən qeyd edir ki, əsir düşən mülki şəxslər qullar kimi fərdi evlərdə işlədilir, qarşı tərəflə girovlar qarşılığında, bəzən isə yemək və yanacaq əvəzinə dəyişdirilirdi. Müharibə əsirlərinin kütləvi şəkildə qətlə yetirilməsi və onların cəsədlərinin təhqir edilməsi də baş verirdi. Hətta Ermənistanın ovaxtkı prezidenti Levon Ter-Petrosyan beynəlxalq müşahidəçilərin işğalçı ölkənin münaqişə zamanı Cenevrə Konvensiyasını pozmasına dair ittihamlarını cavabsız qoymuşdu.

Məqalədə erməni əsirliyində olan azərbaycanlıların qətlə yetirilməsinə dair faktlara da yer verilir. Bildirilir ki, Ermənistan paytaxtı Yerevanda 7 müharibə əsiri güllələnib və Beynəlxalq Qırmızı Xaç təşkilatına əsirlərin qaçmağa cəhd zamanı öldürüldüyünə dair məlumat verilib. Lakin azərbaycanlı əsgərlərin cəsədlərinin analizi zamanı onların yaxın məsafədən başlarına atəş açılmaqla, qaçış zamanı güllələnməyə xas olmayan digər şəkildə qətlə yetirilməsi beynəlxalq ekspertlər tərəfindən də təsdiqlənib. 1994-cü ildə baş vermiş bu hadisə barədə “Human Rights Watch” təşkilatı da məlumat yayıb.

Yazıda, həmçinin qeyd edilir ki, Ermənistan tərəfindən törədilən cinayətlərin əksəriyyəti Qərb siyasətçiləri, ekspert və medianın heç vaxt geniş şəkildə diqqətində olmayıb. Hətta ATƏT komissiyasının üzvünə azərbaycanlı girovlar və məhkəmədən kənar öldürülmələr barədə sual verdikdə, o, ölmüş azərbaycanlılara diqqət ayırmağa lüzum olmadığını bildirmişdi.

Məqalədə, eyni zamanda, Birinci və İkinci Qarabağ müharibələri arasında müqayisələr aparılır. Bildirilir ki, həm müddətinə, həm də insan haqlarının pozulması hallarına görə hər iki müharibə arasında ciddi fərq olub. İlk müharibədə insan haqlarının pozulmasına dair kifayət qədər çox fakt baş versə də, ikinci müharibədə belə halların sayı çox az idi. Həmçinin birinci müharibədə 20 mindən çox insanın həlak olduğu halda, ikinci müharibədə 200 mülki və təxminən 7 minə yaxın hərbçinin həlak olduğuna dair rəsmi məlumatlar var.

Müəllif bildirir ki, Qərb şərqşünaslığında Cənubi Qafqazdan bəhs edərkən İslam dini haqqındakı stereotiplərdən istifadə olunur. Azərbaycanlıların qətlinə ABŞ-da biganə münasibət olsa da, ermənilər cidd-cəhdlə dəstəklənir. ABŞ və Fransadakı böyük erməni diasporu media və siyasətçilərə insan haqlarının pozulmasına dair özlərinə sərf edən məlumatları təqdim edir. Eyni məsələni mədəni irsin məhv olması barədə də söyləmək mümkündür. İnternetdə demək olar hər bir məqalə Qarabağdakı erməni mədəni irsinin məhvolma təhlükəsi altında olduğunu yazır, lakin son 30 ildə Azərbaycanın mədəni və dini abidələrinin işğal nəticəsində məhv edildiyini xatırladılmır. Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan bu torpaqları tərk edərkən geridə 1945-ci ildə ABŞ-ın nüvə bombalarının yerlə-yeksan etdiyi Xirosima və Naqasaki şəhərlərinin vəziyyətini xatırladan mənzərə qalıb.

Qərb ictimai fikrində Qarabağ müharibələri Cənubi Qafqaz xristianlarla müsəlmanlar arasında qədim münaqişənin tərkib hissəsi kimi qələmə verilir. Lakin, əslində, Qarabağ müharibələrinin nə dini münaqişə, nə də sivilizasiyaların toqquşması kimi cəhəti var, burada söhbət yalnız ərazi iddialarından gedir. Ermənistan Sovet İttifaqının daxili sərhədlərini postsovet dövrünün beynəlxalq sərhədləri kimi tanımaqdan imtina edir. Əgər Ermənistan bu addımı atarsa, o zaman Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etmiş olacaq.

Bütün bu sadalananları nəzərə alaraq, Qərb insanları yanlış olaraq müsəlman Azərbaycanın Birinci Qarabağ müharibəsində əksər cinayətləri törətməkdə günahkar bilirlər. Lakin cinayətkarın Ermənistan olduğu unudulur. Müəllif Ermənistanın Azərbaycanın ərazilərini işğal etməklə yanaşı, iki ən ağır beynəlxalq cinayətini də sadalayır. Onlardan biri təxminən bir milyon mülki əhalinin Qarabağdan didərgin salınması ilə onların məcburi köçkünə çevrilməsi, digəri isə 1992-ci ildə Xocalı şəhərində 600-dən çox dinc sakinə qarşı törədilən qətliamdır. Qeyd edilir ki, sovet qoşunlarının qalıqlarının köməyi ilə Xocalıda törədilən bu cinayət azərbaycanlıları qorxutmaq üçün məqsədyönlü şəkildə hazırlanmış plan idi və Tomas de Vaalın qələmə aldığı Qarabağ haqqında kitabda Ermənistan dövlət başçısı Serj Sarkisyan bununla bağlı açıq etiraflar edib.

Məqalənin yekununda diqqətə çatdırılır ki, Birinci Qarabağ müharibəsində 4 mindən çox insanın itkin düşməsini nəzərə aldıqda, 2020-ci ildə ərazilər işğaldan azad edildikdən sonra kütləvi məzarlıqların aşkara çıxarılması təəccüb doğurmur. Müəllif bu barədə Kəlbəcər rayonu ərazisində tapılan və əlləri bağlanaraq qətlə yetirilmiş mülki şəxslər barədə də ətraflı məlumat verir.

Sonda qeyd edilir ki, beynəlxalq ictimaiyyət Ermənistana arxivləri açmaq və itkin düşmüş 4 min azərbaycanlı barədə məlumatları təqdim etmək üçün təzyiq göstərməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb