MƏDƏNİYYƏT


“Euronews” telekanalı: Azərbaycan qutabı - dadlı bələdçi VİDEO

Bakı, 1 avqust, AZƏRTAC

“Euronews” telekanalının “Taste” proqramının növbəti süjeti Azərbaycan qutabına həsr edilib.

AZƏRTAC xəbər verir ki, “Euronews” telekanalının müxbiri Klaudio Rosmino süjetdə Azərbaycan mətbəxinin zənginliyindən, süfrəyə düzülən nemətlərin ölkənin təbii və iqlim müxtəlifliyini əks etdirməsindən danışıb. Süjetdə Bakıdakı restoranlardan birinin meneceri Elşad Tağıyevin telekanala müsahibəsi və qutab haqqında söylədikləri də əksini tapıb: “Qutab Azərbaycanın qədim yeməklərindən biridir. Məsələn, biz onun içinə göyərti qoyur, üstünə sous çəkirik. Biz ədviyyatlı, alçalı və nar qutabları təklif edirik. Bunlar sousa xüsusi dad və ətir verir”.

Elşad Tağıyevin sözlərinə görə, qədim zamanlarda insanlar çörək bişirərkən artıq qalan xəmirdən istifadə etmək yolunu fikirləşiblər və nəticədə dadlı qutablar hazırlanıb.

Süjetin müəllifi qeyd edir ki, Azərbaycanın hər rayonunda qutabın öz resepti və hazırlanmaq sirləri var. Məsələn, Xəzərin sahilində Corat qutabları məşhurdur. Onun içinə dəvə əti, pendir, balqabaq qoyulur. Corat qutabları kiçik olur və sobada açıq odun üstündə qızardılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.