CƏMİYYƏT


“Euronews”un “No comment” rubrikasında Bakıda keçirilən Dünya Skaut Konfransından görüntülər verilib VİDEO

Bakı, 18 avqust, AZƏRTAC 

“Euronews” telekanalının “No comment” rubrikasında Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransından görüntülər verilib.

AZƏRTAC xəbər verir ki, 157 ölkədən, ümumilikdə, 1500-dən çox skautun iştirak etdiyi 41-ci Dünya Skaut Konfransı dünya mediasının diqqət mərkəzindədir.

Dünya Skaut Hərəkatı Təşkilatı üzvlərinin nümayəndələri, müxtəlif ölkələrdən yüksək vəzifəli rəsmilərin Bakıda apardıqları müzakirələrə “Euronews” telekanalı da yer ayırıb.

Konfransda müzakirə olunan əsas mövzular skaut təşkilatlarının gələcək inkişafı, strategiya və fəaliyyətlərinin yaradılması, eləcə də təşkilatın rəhbər orqanlarına sədrin və üzvlərin seçilməsindən ibarətdir.

Dünya Skaut Hərəkatı Təşkilatı müxtəlif yaş qruplarından olan insanları öz sıralarında birləşdirir.

2013-cü ildə Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürərək qalib ölkə elan olunmuş Azərbaycan öz təcrübəsi ilə dünya skaut hərəkatının inkişafına töhfəsini verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.