MƏDƏNİYYƏT


“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinə start verilib

Bakı, 13 may, AZƏRTAC

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsi İsraildə, Təl-Əviv şəhərinin mərkəzində, Qabim teatrında, 41 milli nümayəndə heyətinin iştirakı ilə başlayıb.

TASS-ın məlumatında qeyd edilir ki, “Eurovision kəndi” Təl-Əvivin sahilyanı cənub hissəsində Çarlz Klora parkında açılıb. Təşkilatçılar bildirirlər ki, bu, müsabiqənin keçirilməsi illəri ərzində yaradılmış ən böyük kompleksdir. Altı hektar ərazidə rəsmi fan-zona yerləşir. Burada çıxışların yayımı üçün 4 böyük ekran, 100 metr uzunluğunda bar və 85 növ müxtəlif yeməklərin təklif ediləcəyi çadırlar quraşdırılıb.

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin yarımfinalları Təl-Əvivdəki Sərgi mərkəzində, mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.

Qeyd edək ki, Azərbaycanın “Eurovision 2019” təmsilçisi Çingiz Mustafayev ikinci məşqini də uğurla tamamlayıb. Təmsilçimiz “Eurovision-2019”da ikinci yarımfinalda “Truth” mahnısı ilə 18-ci nömrə altında çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.