MƏDƏNİYYƏT


“Eurovision-2019” müsabiqəsində Moldovanı “Stay” kompozisiyası ilə Anna Odobesku təmsil edəcək

Bakı, 13 mart, AZƏRTAC 

“Eurovision-2019” müsabiqəsində Moldovanı yenə də Dnestryanı bölgədən müğənni təmsil edəcək. Dubossarı şəhərinin sakini Anna Odobesku “Stay” kompozisiyası ilə milli seçim mərhələsinin qalibi olub.

Anna bir çox beynəlxalq müsabiqələrdə iştirak edib. Lakin “Vitebskdə slavyan bazarı” XXV Beynəlxalq İncəsənət Festivalında layiq görüldüyü ikinci mükafat onun ən böyük nailiyyətidir. Müğənni 2018-ci ildə də milli seçim mərhələsində iştirak edib. Lakin finala çıxmağa və Moldovanı Portuqaliyada “Eurovision” müsabiqəsində təmsil etməyə müvəffəq olmayıb. O vaxt “My lucky day” mahnısı ilə “DoReDos” qrupu qalib gəlib.

“Eurovision-2019” müsabiqəsi mayın 14-18-də Təl-Əvivdə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.