MƏDƏNİYYƏT


“Eurovision-2019” uşaq mahnı müsabiqəsinin keçiriləcəyi şəhər elan olunub

Bakı, 18 yanvar, AZƏRTAC

“Eurovision-2019” beynəlxalq uşaq mahnı müsabiqəsi Polşanın Krakov şəhərində keçiriləcək. Bu barədə Avropa Yayım İttifaqının baş direktoru Noel Kerran bildirib.

AZƏRTAC müsabiqənin rəsmi saytına istinadla xəbər verir ki, 2018-ci ildə Polşadan olan 13 yaşlı ifaçı Roksana Vengel Minskdə keçirilən “Eurovision” uşaq mahnı müsabiqəsinin qalibi olub.

Noel Kerran Polşa televiziyasının efirində deyib: “Bu, Krakovda keçiriləcək fantastik hadisə olacaq. Mən bunu səbirsizliklə gözləyirəm”.

Böyüklər üçün “Eurovision” mahnı müsabiqəsindən fərqli olaraq, “Eurovision” uşaq mahnı müsabiqəsinin qaydalarına görə, qalib ölkə müsabiqəni avtomatik olaraq növbəti il təşkil etmə hüququ əldə etmir. Növbəti müsabiqənin keçiriləcəyi yer təqdim olunan müraciətlər əsasında müəyyən edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.