“Eurovision 2022”nin ikinci yarımfinalı başlayıb
AzerTAg.az
Turin, 12 may, AZƏRTAC
Mayın 12-də İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir.
AZƏRTAC xəbər verir ki, İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da təşkil olunan müsabiqənin 2-ci yarımfinalında 18 ölkənin təmsilçiləri yarışacaqlar.
Azərbaycan, Finlandiya, İsrail, Serbiya, Gürcüstan, Malta, San-Marino, Avstraliya, Kipr, İrlandiya, Şimali Makedoniya, Estoniya, Polşa, Monteneqro, Belçika, İsveç və Çexiya təmsilçiləri öz performanslarını nümayiş etdirəcəklər.
Azərbaycanı bu müsabiqədə təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə çıxış edəcək.
Səsvermədən sonra ilk onluğa daxil olmağı bacaran ölkələr mayın 14-də keçiriləcək finalda mübarizə aparmağa haqq qazanacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Turin

Xəbərin mətnində orfoqrafik səhv var