“Eurovision 2022”nin ilk yarımfinalı başlayıb
AzerTAg.az
Turin, 10 may, AZƏRTAC
Mayın 10-da İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da 66-cı “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.
AZƏRTAC xəbər verir ki, ilk yarımfinalda 17 ölkənin - İslandiya, Avstriya, Danimarka, İsveçrə, Albaniya, Moldova, Xorvatiya, Yunanıstan, Litva, Latviya, Ukrayna, Norveç, Sloveniya, Bolqarıstan, Niderland, Portuqaliya və Ermənistan təmsilçiləri səhnəyə çıxacaqlar. Yarımfinalda ilk onluğa daxil olmağı bacaran ölkələr finalda mübarizə aparacaqlar.
Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “Rai” televiziya kanalının təşkilatçılığı ilə keçirilən dünyanın ən böyük canlı musiqi tədbirində bu il 40 ölkə iştirak edir. Bu 40 ölkənin 35-i yarımfinallarda yarışacaq.
İtaliyanın Turin şəhərinin ev sahibliyi ilə “Eurovision 2022”nin ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də keçiriləcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Turin

Xəbərin mətnində orfoqrafik səhv var